Modern.az

Sumqayıtda bir qrup şəxslə polis arasında atışma olub, yaralananlar var

Sumqayıtda bir qrup şəxslə polis arasında atışma olub, yaralananlar var

12 Dekabr 2013, 09:51

Sumqayıt şəhərində bir qrup şəxslə polis arasında baş vermiş atışma nəticəsində yaralanan şəxslərin adları məlum olub.  APA-nın verdiyi məlumata görə, yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar hazırda xəstəxanaya yerləşdirilib. 

Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Təkvəlinin APA-ya verdiyi məlumata görə, həmin şəxslər xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib. 

Qeyd edək ki, silahlı şəxslərin zərərsizləşdirilməsiəməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı