“Hava şəraiti ilə bağlı isə qaz verilməsində ümumiyyətlə heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət yalnız təmirlə əlaqədar ola bilər. Binəqədi kəndində 3-cü mədən kücəsində 4 gündür davam edən qaz problemi bu gün həll olunacaq. Qaz verilişinin dayandırılmasına səbəb həmin ərazidə aparılan təmir işləri ilə bağlı, yeraltı xətlərin yerüstü xətlərlə əvəz olunmasıdır”.
Bunu Modern.aza açıqlamasında “Azəriqaz” İB-nin mətbuat xidmətindən Araz Ağayev dedi.Qeyd edək, paytaxtın eyniadlı rayonundakı qəsəbədə mavi qaz verilməsi dayandırılıb. Sakinlərin ciddi narazılığını doğurmuş bu faktla bağlı Modern.az-a da şikayətlər edilib.
Gülşən Raufqızı