Türkiyə tərəfinin əlaqələrin digər məsələlərlə, yaxud şərt irəli sürməklə normallaşdırması cəhdi iflasa uğrayıb. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında xarici işlər naziri Edvard Nalbandyan deyib. Onun sözlərinə görə, Ermənistanın və beynəlxalq ictimaiyyətin yanaşması aydındır - Ermənistan-Türkiyə əlaqələri şərtsiz normallaşmalıdır.
Nalbandyan deyib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bu gün Yerevanda başlayan toplantısında iştirak edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulub. Qeyd edək ki, Davudoğlu bu gün həmin tədbirdə iştirak etmək üçün Yerevana gəlib.
Modern.az