Modern.az

Müsavat-AXCP görüşü: təklif də, mövzu da birincidən gəlib

Müsavat-AXCP görüşü: təklif də, mövzu da birincidən gəlib

Təhsil

12 Dekabr 2013, 15:05


“Görüş Müsavat Partiyasının təşəbbüsü ilə keçiriləcək. Görüşdə Müsavat başqanı və müavinləri, eyni zamanda AXCP-nin sədri və müavinləri iştirak edəcəklər. Təklif Müsavat Partiyasından gəldiyinə görə müzakirəyə çıxarılacaq məsələləri də həmin partiya təklif edəcək”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı deyib. Onun fikrincə, görüş Müsavat Partiyasının Milli Şurada fəaliyyətini davam etdirib-etdirmədiyi ilə bağlı olacaq: “Bilirsiniz ki, Müsavat Partiyası Milli Şurada fəaliyyətini yenidən dəyərləndirmək üçün həmin quruma daxil ola partiya və təşkilatlarla görüşlər keçirməyi planlaşdırıb. Fəxri sədrlik məsələsi bizim üçün müzakirə predmeti deyil. Bu məsələ Milli Şuranın qərarı ilə həll edilib. Ona görə də o məsələyə qayıtmağın heç bir mənası yoxdur. Amma hər halda müzakirəyə çıxarılacaq məsələlər Müsavat Partiyası tərəfində müəyyən ediləcək”.

İlkin

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK