Modern.az

Məktəbəhazırlıq qruplarının önəmi - Ekspert açıqladı

Məktəbəhazırlıq qruplarının önəmi - Ekspert açıqladı

7 Oktyabr 2024, 12:42

Oktyabrın 1-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərslər başlayıb. Bu il məktəbəhazırlıq qruplarına 93 mindən çox uşaq qəbul olunub.

 

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər.

 

Modern.az-a danışan elm və təhsil eksperti Elnur Aydın bildirib ki, məktəbəqədər hazırlıq qrupları uşaqların inkişafına bir neçə istiqamətdə mühüm töhfələr verməkdədir:

 

“Uşaqlar erkən yaşlarından qrup daxilində ünsiyyət qurmağı, əməkdaşlıq etməyi və paylaşmağı öyrənir. Oxu, yazı və riyazi bacarıqlara yönləndirir. Bu isə onların məktəb həyatına daha rahat uyğunlaşmasına şərait yaradır. Bu qruplarda yeni məktəb qaydalarına adaptasiya olurlar. Bu, onların özünəinamlarını artırır. Məktəbəqədər hazırlıq zamanı uşaqların motorik bacarıqları da inkişaf etdirilir”.

 

Ekspert qeyd edib ki, gələcək şagirdlərin məktəblə tanış olması və məktəbəqədər təhsil prosesinə başlaması böyük əhəmiyyət kəsb edir:

 

“Məktəbəqədər hazırlıq qruplarının  olması uşaqların daha uğurlu məktəb həyatına başlamalarına kömək edir və onların zehni , emosional, fiziki, psixi inkişaflarına müsbət təsir göstərir. Məktəbəqədər hazırlıq qruplarına ehtiyac var, çünki bu mərhələ uşaqların gələcək təhsil həyatında uğur qazanmaları üçün güclü təməl yaradır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI