Modern.az

Moskva Prokrorluğu Orxan Zeynalovla bağlı Azay Quliyevə məktub göndərib

Moskva Prokrorluğu Orxan Zeynalovla bağlı Azay Quliyevə  məktub  göndərib

Təhsil

12 Dekabr 2013, 16:34

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin  18 oktyabr 2013-cü ildə Orxan Zeynalovun həbsi ilə bağlı Rusiya Federasiyası Ictimai Palatasının sədrinə ünvanlandığı məktubda qaldırdığı məsələlərə Moskva şəhər prokrorluğu münasibətini açıqlayıb. Məktubda Şura sədrinin O.Zeynalovun həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı narahatlığına cavab olaraq bununla bağlı oktyabrın 24-də məhkəmə tibbi ekspertizasının təyin olunduğu, noyabrın 11-də isə onun yekun nəticəsinin açıqlanma müddətinin daha bir ay uzadıldığı qeyd edilir.

Modern.az xəbər verir ki, Prokurorluq yalnız tibbi ekspertizanın yekun rəyindən sonra həbs edilərkən soydaşımıza qarşı hər hansı qanun pozuntusu hərəkətinin yol verilməsi məsələsinə hüquqi cəhətdən tamlıqla aydınlıq gətiriləcəyini bildirib.

Moskva şəhər prokrorluğu O.Zeynalovun həbsi ətrafında mətbuatda gedən iddiaların onun həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı hər hansı cinayət işi açmağa yetərli olmadığınıda vurğulayıb.

Xatırladırıq ki, Şura sədrinin Rusiya Federasiyası Ictimai Palatasının sədri Yevgeni Velixova ünvanlandığı məktubda məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə cıxarılmasından, Orxan Zeynalovun hüquqlarının kobud şəkildə pozulmasından və zorakılıga məruz qalmasından ciddi narahatlıq ifadə olunub.

Şura bundan sonra da O. Zeynalovun həbsi ilə bağlı məsələni nəzarətdə saxlamaqda davam edəcək.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı