Modern.az

Ermənidən sərsəm iddia

Ermənidən sərsəm iddia

Təhsil

12 Dekabr 2013, 16:42


Ermənistan Yerevanda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna çağırış etməlidir ki, Ankara Azərbaycana təsir imkanlarından istifadə edərək heç olmasa işğal etdiyi 7 ərazidən 4-nü Ermənistana qaytarsın. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bu sərsəm iddia ilə bu gün Azərbaycandakı erməni assambleyasının sədri Qriqori Ayvazyan çıxış edib. Onun iddiasına görə, həmin ərazilər Xanlar (indiki Göygöl), Şaumyan (ləğv olunub), Şamxor (Şəmkir) və Daşkəsəndir.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində iştirak etmək üçün Yerevana gəlib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı