Modern.az

Serbiyadakı səfirliyimiz Heydər Əliyevi anım mərasimi keçirib

Serbiyadakı səfirliyimiz Heydər Əliyevi anım mərasimi keçirib

13 Dekabr 2013, 00:03

Dekabrın 12-də Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları ilə yanaşı Serbiya Parlamentinin üzvləri, dövlət rəsmiləri, Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada fəaliyyət göstərən ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, eləcə də burada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan” parkına gələrək, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoyub və onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət edib, hər iki abidənin önünə gül-çiçək dəstələri qoyubalrlar.

Sonra tədbir Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyində davam etdirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycan Respublikasının Serbiyadakı səfiri Eldar Həsənov görkəmli siyasi xadim Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında, Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edib.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı