“Milli Şuranın mitinqində iştirak etmişik. Şəkillərimiz sosial şəbəkələrdə də var. Bunu görməmisiz?”.
Bu sözləri Modern.az saytına “El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev “El” Hərəkatının Milli Şuranın dünənki mitinqində iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib. O bildirib ki, “El” Hərakatının bütün idarə heyəti, demək olar, tam tərkibdə Milli Şuranın dünənki mitinqində iştirak edib:
“Mən mitinqdə olanda xəbər saytlarının birindən mənə zəng etdilər, bildirdim ki, aksiyada iştirak edirik. Sonra yazdılar, “El” Hərəkatı mitinqdə iştirak etməyib. Bunlar niyə belə edirlər?! Mitinqdə iştirak etmişik. Sadəcə, tribunaya qalxmadıq deyə, orada olmadığımızı yazdılar. Tribunaya məni dəvət etdilər, çıxış etmədim. Doğrusu, həm yer balaca idi, həm də soyuq idi”.
İlkin