Modern.az

Zooparkın direktoru: “Heç yerə köçməyəcəyik”

Zooparkın direktoru: “Heç yerə köçməyəcəyik”

16 Dekabr 2013, 12:41


“Məndə zooparkın köçürülməsi barədə heç bir xəbər yoxdur. Mətbuatda xəbərlər yayılsa da, mənə belə bir məlumat verilməyib”. Bunu Modern.az-a açıqlamasında Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyib.

“Zoopark həmişəki ərazidə fəaliyyətinə davam edir. Bu yaxınlarda bir baş şimpanze, iki baş lama olmaqla təzə heyvanlar da gətirmişik”. 

Qeyd edək ki, mediada Dədə Qorqud parkının açılışından sonra Zooparkın paytaxtdan xeyli kənarda olan bir əraziyə köçürüləcəyi ilə bağlı xəbərlər yayılıb.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı