Modern.az

Mingəçevirdəki uşaq bağçalarında qanun pozuntuları aşkarlandı

Mingəçevirdəki uşaq bağçalarında qanun pozuntuları aşkarlandı

Təhsil

16 Dekabr 2013, 12:50

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Komitədən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, 5 saylı “Arzu” körpələr evi-uşaq bağçasında qidalanma ilə bağlı ümumi vəziyyət AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinə uyğun deyil. Belə ki, qidalanma azyaşlıların yataq otağında həyata keçirilib, müəssisənin mətbəxi və anbarı standartın tələblərinə və sanitariya qaydalarına cavab verməyib, naharda qida çatışmazlığı müşahidə olunub, anbarda isə ərzaq çatışmazlığı aşkar olunub. Bundan başqa, verilən qidada uşaqların yaş fərqi nəzərə alınmayıb, ərzağın mənşəyini əks etdirən heç bir sənəd təqdim edilməyib. 

12 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçasında aparılan dövlət nəzarəti nəticəsində də qidalanma ilə bağlı ümumi vəziyyətin dövlət standartına uyğun gəlmədiyi müəyyən olunub. Belə ki,  yataq otağında nahar edən azyaşlılara verilmiş qidalarda yaş fərqi nəzərə alınmayıb, qida rasionuna uyğun menyu tərtib olunmayıb, mətbəxdə ərzaq məhsullarının saxlanılması sanitariya normalarına uyğun gəlməyib. Anbarda rütubətlilik normaya uyğun gəlməyən, ərzaq məhsulları ilə yuyucu kimyəvi vasitələrin bir yerdə saxlanıldığı aşkar edilib. İstifadə olunan ət və süd məhsullarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikatları və digər sənədlər təqdim olunmayıb. Hər iki müəssisədə aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisə rəhbərlərinə iradnamə təqdim olunub, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.

Gültəkin Ələsgər 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı