Modern.az

İcra başçısı: “1 metr qar yağsa da, Yardımlıda problem yoxdur” - AÇIQLAMA

İcra başçısı: “1 metr qar yağsa da, Yardımlıda problem yoxdur” - AÇIQLAMA

16 Dekabr 2013, 13:18

“Yardımlıya 1 metr qar yağmasına baxmayaraq, rayonda heç bir problem yoxdur”. Bunu Modern.az-a açıqlamasında Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmov deyib. Onun sözlərinə görə, elektrik, qaz təchizatında yaranan problem aradan qaldırılıb.

“Elektrik verilişində 10-15 dəqiqəlik də olsa, fasilə yaranmayıb. Problem vardı, amma qısa zaman müddətində aradan qaldırıldı. 24 saatlıq enerji verilişi bərpa olunub. Ola bilər ki, yarım saat enerjinin verilməsində fasilə olsun. Amma hazırda Yardımlı rayonunda belə problem yaşanmır”.

S. Hətəmov ehtiyat tədbirlərinin görüldüyünü bildirib. “Hətta bu gün səhər saatlarında rayon mərkəzində toplantı keçirildi. Bütün rayon idarə və müəssisələrinə, xidmət idarələrinə tapşırıqlar verildi. Ehtiyat hissələrimiz, dirəklərimiz, naqillərimiz var. Əgər enerjinin ötürülməsində anormal hal yaranarsa, tez bir zamanda aradan qaldırılacaq. Yardımlı dağlıq rayon olduğuna görə yol idarəsinə də tapşırıqlar vermişik. Yollara səpmək üçün 3-4 maşın duz tədarükü görülüb. Hətta Yardımlının ən ucqar kəndlərinə maşınların gediş-gəlişi bərpa olunub. Narahatçılıq yoxdur”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı