Modern.az

BAXCP iqtidarı əfv sərancamı verməyə çağırdı

BAXCP iqtidarı əfv sərancamı verməyə çağırdı

Təhsil

16 Dekabr 2013, 13:59

Dekabrın 16-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İdarə Heyətində ilk olaraq qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

İdarə Heyətində müzakirəyə çıxarılan ilk məsələ 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubleyi ilə bağlı dövlət başçısının verdiyi sərəncam olub.

BAXCP İdarə Heyəti bu hadisələrin önəmliliyini və Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan tarixindəki rolunu, dövlət başçısının verdiyi sərancamın əhəmiyyətini xüsusi qeyd edərək, hökumətə "Sahil" bağının adının dəyişdirilərək, bundan sonra "Cümhuriyyət" bağı adlandırılması təklifini verib.

BAXCP İdarə Heyəti, eyni zamanda, iqtidarı əfv sərancamı imzalamağa, bu zaman siyasi motivlərlə həbs olunduğu hesab edilən, beynəlxalq və yerli hüquq müdafiəçilərinin siyahısında olan şəxslərin azad olunması, məhkəməsi aparılan şəxslər haqqında isə həbs qəti-imkan tədbirinin dəyişdirilməsilə bağlı çağırış edib.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı