Modern.az

Azərbaycan ərazisində qarlı və şaxtalı hava şəraiti davam edəcək

Azərbaycan ərazisində qarlı və şaxtalı hava şəraiti davam edəcək

16 Dekabr 2013, 13:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Fasilələrlə yağıntılı olacaq, sulu qar yağacaq. Günün ikinci yarısı yağıntılar kəsiləcək, şimal küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturunu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.




Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı