Modern.az

Seçki eksperti Anar Məmmədli həbs edilib

Seçki eksperti Anar Məmmədli həbs edilib

16 Dekabr 2013, 21:34


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli barəsində həbs qəti-imkan tədbiri seçilib. Modern.az-ın xəbərinə görə, bu barədə onun dostları Facebook-da məlumat veriblər.
Bildirilib ki, Nəsimi rayon Məhkəməsində Anar Məmmədli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Anar Məmmədli bu gün saat 5-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Orada dindirildikdən sonra məhkəmə qarşısına çıxarılıb.
Məlumata görə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə (SMDTM) qarşı vergidən yayınma, qanunsuz sahibkarliq və seçkilərlə bağlı ictimaiyyətə yalan məmumat vermə ilə bağlı cinayət işi açılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı