Modern.az

İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib

16 Dekabr 2013, 21:53
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub, Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri qlobal iqtisadi layihələrin önəmi qeyd edilib, dekabrın 17-də “Şahdəniz -2” üzrə yekun investisiya qərarının imzalanmasına həsr olunan tədbirin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla icra olunduğu bildirilib, enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı