Modern.az

Bakıda istifadə olunmuş plastik butulkalardan yolka quruldu - FOTO

Bakıda istifadə olunmuş plastik butulkalardan yolka quruldu - FOTO

Təhsil

16 Dekabr 2013, 23:49

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanı “Tullantıdan incəsənətə” adlı müştərək layihəni həyata keçirib.
Dekabrın 16-da layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3000-dən çox plastik butulka toplanaraq paytaxtın Səməd Vurğun küçəsində Yeni İl ərəfəsində dekorativ Yeni il yolkası hazırlanmış və təqdim edilib.
Bu dekorativ yolkanı tullantılardan incəsənət nümunələri yaratmaqla dünyada məşhurlaşan, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri - Nikolas Bleyk Sayers və Qlendon Maykl Keysi qurublar. Layihədə xeyli sayda könüllü də iştirak edib.
Hündürlüyü 7, diametri 4,2 metr olan sənət nümunəsi Yeni İl ərəfəsində meşə və parklarda əkilmiş yolka ağaclarını kəsmədən, ətraf mühitə ziyan vurmadan alternativ yollardan istifadə etməklə süni yolkalar əldə etməyin mümkünlüyünü göstərir.
Bu dekorativ ağacın ərsəyə gəlməsində istifadə edilmiş butulkalar “Pepsi Azərbaycan” şirkəti tərəfindən toplanılıb.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı