“Bu təklifi partiyanın Rəyasət Heyətinin növbəti toplantısında müzakirə edib, qərar verəcəyik. Növbəti iclas dekabrın 23-də olacaq”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Milli Şuranın üzvü Gözəl Bayramlı deyib. Onun sözlərinə görə, AXCP hər zaman Müsavat Partiyası əməkdaşlıq edib: “Biz Milli Şura çərçivəsində də müttəfiqlik edirik. Hətta bizim partiyanın qurultayında Müsavat Partiyası ilə birləşməklə bağlı qərarımız var idi. Bir şey dəyişməyib, əvvəlki müttəfiqlik münasibətlərimiz davam edir. Sadəcə, müzakirədən sonra Müsavat Partiyasının təklifinə rəsmi cavab verəcəyik”.
Qeyd edək ki, Müsavat Partiyası AXCP-yə müttəfiqlik sazişinin imzalanması ilə bağlı təklif verib.
İlkin PİRƏLİ