Modern.az

Qənirə Paşayeva Nəsibbəy Yusifbəyliyə abidə ucaldılmasını təklif edib

Qənirə Paşayeva Nəsibbəy Yusifbəyliyə abidə ucaldılmasını təklif edib

Təhsil

17 Dekabr 2013, 13:11


Bu gün parlamentin iclasında millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamının  Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə alqışlandığını  və müsbət qəbul olunduğunu deyib. Millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, həmin hökumətin baş naziri olan Nəsibbəy Yusifbəylinin qəbrinin bugünədək harda olması  dəqiq bilinmir:

"Bu istiqamətdə dövlət səviyyəsində geniş araşdırmalara, tədqiqatlara ehtiyac var. Mən təklif edirəm ki, Nəsibbəy Yusifbəyliyə  ya Bakıda, ya da Gəncədə heykəl və ya abidəsi ucaldılsın və onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha geniş addımlar atılsın. Nəsibbəy Yusifbəyli  Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və baş nazirlərindən biri olaraq millətimiz üçün böyük işlər görmüş böyük şəxsiyyətlərdən biridir və onun xatirəsinin yüksək səviyyədə əbədiləşdirilməsi və onun gənc nəsillərə daha geniş tanıdılması çox önəmlidir".

Qənirə Paşayeva bildirib ki, ondan əvvəl çıxış etmiş həmkarları Fazil Mustafanın Nuru Paşanın da xatirəsinin əbədiləşdirilməsi  və Qüdrət Həsənquliyevin "Sahil" bağının "Cümhuriyyət bağı” adlandırıması ilə bağlı təkliflərini dəstəkləyir və hesab edir ki, bu, tariximiz, bugünki və gələcək nəsillərimiz çox vacib və əhəmiyyətlidir.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı