Modern.az

Bakıda məktəbin hasarı aşdı: tədris dayandırıldı - VİDEO

Bakıda məktəbin hasarı aşdı: tədris dayandırıldı - VİDEO

Təhsil

22 Oktyabr 2024, 11:50

Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi aşıb.

Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

13893671389366

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu