Modern.az

Tağıyevin Bakıda tikdirdiyi məktəbdə dərslər bərpa olunub

Tağıyevin Bakıda tikdirdiyi məktəbdə dərslər bərpa olunub

Təhsil

23 Oktyabr 2024, 11:08

Ötən gün Bakıda davamlı yağışlar nəticəsində 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi aşıb. Məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Hadisədən sonra oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılmışdı.

 

Valideynlərin Modern.az-a verdiyi məlumata görə, 123 nömrəli orta məktəbdə dərslər bərpa olunub.

 

Xatırladaq ki, 123 nömrəli məktəb 1894-cü ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilib. 1941-1945-ci illərdə məktəbin binasında hərbi hospital fəaliyyət göstərib. İkinci Dünya müharibəsindən sonra məktəb səkkizillik məktəbə çevrilib, 1978-ci ildən etibarən isə onillik orta məktəb kimi fəaliyyətə başlayıb. Hazırda məktəb onbirillik orta məktəb kimi fəaliyyət göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu