Modern.az

“Böyük İpək Yolu” Avropa İttifaqının beynəlxalq konfransında iştirak edib

“Böyük İpək Yolu” Avropa İttifaqının beynəlxalq konfransında iştirak edib

18 Dekabr 2013, 15:57


“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Avropa İttifaqının Litvada keçirilmiş “2013-cü il-Avropa vətəndaşları ili” beynəlxalq konfransında iştirak edib. Bu barədə Modern.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Konfransa Avropa İttifaqının  rəsmi nümayəndələri və Avropa Parlamentinin deputatları qatılıb. Açılış mərasimində Litva seyminin spikeri Loretta Qraujinene, Litvanın baş naziri Alqirdas Butkeviçius, Avropa Ombudsmani Emili O`reilly, Avropa Komissiyasının vitse-prezidenti,  ədalət, fundamental haqlar və vətəndaşlıq komissarı Vivian Reding, Litvanın keçmiş prezidenti, Avropa Parlamentinin deputatı Vitautas Landsbergis çıxış edib. Konfransda  “Avropa İttifaqı  vətəndaş haqlarını gücləndirərək vətəndaşların siyasətçilərə təsir etməsinin yeni üsulları”, “2013 Aİ seçkilərində səs verməyə nəyi gözləyirik” mövzusunda  iki  sessiya keçirilib. “Böyük İpək Yolu” BGT-ni Toğrul Tağızadə təmsil edib.

Böyük İpək Yolu BGT 2012-ci ildə tarixi ipək yolu üzərində yerləşən 25 ölkə gənclərinin təşəbbüsü ilə Bakıda təsis edilib.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?