Modern.az

Emin Əmrullayevdən iki yeni TƏYİNAT

Emin Əmrullayevdən iki yeni TƏYİNAT

Təhsil

30 Oktyabr 2024, 16:30

Qarabağ və Qazax-Tovuz regional təhsil idarələrinə yeni müdirlər təyin edilib.

Modern.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Mənsimli Sənan Famil oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Sənan Mənsimli 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Dadaşov Vüqar İsrəfil oğluna həvalə edilib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məcidov Anar Rafik oğlu Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini təyin edilib. İdarənin müdiri vəzifəsinin icrası ona həvalə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu