Modern.az

İcra başçısının qardaşına yüksək vəzifə VERİLDİ

İcra başçısının qardaşına yüksək vəzifə VERİLDİ

Təhsil

5 Noyabr 2024, 10:22

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni icraçı direktor təyin olunub. 

Modern.az-ın məlumatına görə, Kompleksdən bildirilib ki, təyinatından əvvəl bu təhsil müəssisəsində “Biznes və əməliyyatlar üzrə menecer” vəzifəsində çalışan Tural Abbasov təhsil idarəetməsində geniş təcrübə və innovativ yanaşmaya malikdir. 

T.Abbasovun Azərbaycanda beynəlxalq layihələrdə və özəl sektorda 20 illik iş təcrübəsi, son 8 il ərzində isə işlədiyi özəl məktəblərdə biznesin inkişafı sahəsində təcrübəsi var. 

O, hazırda Kolumbiya Universitetinin Müəllimlər Kollecində magistr dərəcəsi üzrə təhsil alır.

Qeyd edək ki, "unikal" saytının məlumatına görə, T.Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun qardaşıdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?