Bu il Azərbaycanda 175 minə yaxın doğuş qeydə alınıb ki, bu zaman 24 ana ölümü faktı baş verib. Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin mətbuat katibi Anar Qədirli məlumat verib.
Anar Qədirlinin sözlərinə görə, əgər 2005-ci ildə 141 901 doğuş zamanı 41 halda ana ölümü baş vermişdisə, 2012-ci ildə 173 547 doğuş zamanı 26 belə hadisə yaşanıb. 2013-cü ildə isə 175 minə yaxın doğuş qeydə alınıb ki, bu zaman 24 ana ölümü faktı baş verib.
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva ana ölümləri ilə bağlı bu il 11 ay ərzində 10 həkimin işdən çıxarıldığını, 72 tibb işçisi barəsində isə müxtəlif inzibati tədbirlər görüldüyünü bildirib.
Namidə Bingöl