Modern.az

Kənd təsərrüfatı naziri 60 nəfərin şikayətinə baxdı

Kənd təsərrüfatı naziri 60 nəfərin şikayətinə baxdı

21 Dekabr 2013, 14:04

Kənd təsərrüfatı naziri Heydər Əsədov dekabrın 20-də Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsində  Şəki, Oğuz, Qəbələ, Zaqatala, Qax, Balakən rayonlarının sakinləri ilə görüşüb.

Görüşdə nazirliyin idarə və təşkilatlarının, tabeliyində olan qurumların rəhbərləri də iştirak ediblər. Bölgə rayonlarından  olan 60 vətəndaşın müraciətinə baxılıb.
“Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, müraciətlərin çox hissəsi isə yerində həll olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib və nəzarətə götürüb”-deyə nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirlib.  

Müraciətlər əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin daha uzun müddətə verilməsi, kənd təssarüfatının inkişafını daha da sürətləndirmək üçün kooperativlərin yaradılması, Aqrar-kredit bankının yaradılması, subsidiyaların verilməsində movcud problemlərin aradan qaldırılması, texnikalara olan təlabatın ödənilməsi, arıçılığın inkişafına dövlət dəstəyi, heyvandarlığın inkişafı ilə bağlı hər doğulmuş cins buzova görə subsidiyanın verilməsi  kimi məsələlərin həlli ilə bağlı olub.  

Görüşdən sonra nazir Heydər Əsədov Şəki rayonunda südçülük-maldarlıq üzrə 1124 baş iribuynuzlu heyvan olan özəl “Aqroindastris” MMC-də heyvandarlığın vəziyyəti ilə tanış olub, məsləhət və tövsiyələrini verib. Həmçinin yeni alınmış cins mal-qaranın daha da artırılması üçün süni mayalanma və damazlıq işinin gücləndirilməsini diqqətə çatdırıb. Eyni zamanda nazir bölgədə Nazirliyin tabeçiliyində olan idarə və müəssisələrin, o cümlədən “Aqrolizinq” ASC-nin filialının fəaliyyətinə baxış keçirib, müvafiq tapşırıq və tövsiyələr verib.   

Qəbula gələn vətəndaşlar, yerlərdə təşkil olunmuş qəbula görə və yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.  




Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?