Modern.az

Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi

Təhsil

24 Dekabr 2013, 11:58


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir və ən xoş arzularımı bildirirəm.
Bizim münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə səmərəli birgə işimizin davam edəcəyinə əminəm.
Ailənizə mənim ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm.
Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti”.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!