Modern.az

Daha bir kollecdə yeni TƏYİNAT

Daha bir kollecdə yeni TƏYİNAT

16 Noyabr 2024, 12:48

Daha bir kollecdə yeni təyinat olub.

Modern.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ülviyyə Nəzərova İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Ülviyyə Nəzərova 2002-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda “Tarix müəllimi” ixtisası üzrə ali təhsil alıb. O, 2006-2023-cü illərdə Oğuz rayonunun Baş Daşağıl kənd tam orta məktəbində müəllim, 2023-cü ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb. Ü.Nəzərova 2023-cü ildə ADA Universiteti tərəfindən təşkil olunan “Bir müəllimin manifesti” ixtisasartırma proqramının iştirakçısı olub və proqram çərçivəsində Amerika Birləşmiş Ştatlarında təcrübə keçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu