“Milli Şurada fəaliyyət göstərən partiyaların bu cür görüşlər keçirməsi mümkün olan məsələdir”. Bunu Modern.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Müsavat Partiyasının Milli Şurada fəaliyyət göstərən partiyalarla görüşlər keçirməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Müsavat Partiyası Milli Şura daxilindəki partiyalarla ayrı-ayrılıqda görüşlər keçirməklə bağlı qərar qəbul edib: “Müsavatın belə görüşlər keçirməsinə səbəb kimi Milli Şurada baş verənlərin göstərilməsi doğru deyil. Görüşlərin buradan qaynaqlandığını güman etmirəm. Müsavatın nümayəndələri bizim partiya ilə görüşdükdən sonra müəyyən nəticəyə gələcəyik. Onıarın bu mövqeyinə hörmətlə yanaşmaq lazımdır”.
Qeyd edək ki, dekabrın 23-də Müsavat Partiyasının Divan iclasında Aydınlar Partiyası ilə görüş keçirmək qərara alınıb.
İlkin PİRƏLİ