Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin toplantısı təxirə düşüb. Bu barədə Modern.az-a partiya sədrinin müavini Gözəl Bayramlı məlumat verib. Onun sözlərinə görə, Rəyasət Heyətinin iclası dekabrın 26-da keçiriləcək: “Bu gün toplantı keçirilmədi. Qərara alındı ki, iclas sabaha təyin edilsin”.
Qeyd edək ki, dekabrın 13-də AXCP və Müsavat Partiyası rəhbərləri səviyyəsində görüş keçirilib. Görüşdə Müsavat Partiyası tərəfindən AXCP-yə müttəfiqlik sazişi imzalamaq təklif olunub. AXCP tərəfi isə bu təklifə rəyasət heyətinin toplantısından sonra yekun qərar verəcəklərini deyiblər.
İlkin PİRƏLİ