Modern.az

İctimai Palatanın qalıb-qalmaması yenidən müzakirə olunacaq

İctimai Palatanın qalıb-qalmaması yenidən müzakirə olunacaq

25 Dekabr 2013, 17:56

“Koordinasiya Şurasının iclasında İctimai Palatanın fəaliyyətinin davam etdirilib-etdirilməməsi müzakirə mövzusu olub. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə qərar verilib”.

  Bunu Modern.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının (İPKŞ) üzvü Ədalət Yusubov deyib. O bildirib ki, qurumla bağlı məsələ konkret qoyulmur, situasiyadan asılıdır: “Hələki qurumla bağlı yekdil rəy yoxdur. Koordinasiya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı nəticəyə gəldikdən sonra sessiyanın keçirilməsinə qərar veriləcək. Bu da yəqin ki, növbəti ildə olacaq".  

Ə.Yusubov toplantıda digər məsələlərin də müzakirə olunduğunu qeyd edib: “Müzakirə olunan əsas məsələlər ölkədə keçirilən müxalifətçilərin məhkəmə prosesləri ilə bağlı olub. Eyni zamanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM)  rəhbəri Anar Məmmədlinin həbsini müzakirə etdik və bu həbs üzvlər tərəfindən pislənildi. Seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi müsbət qarşılandı. Toplantıda vurğulanıb ki, ATƏT-in rəyi ölkədə keçirilən seçkinin saxta olmasının sübutudur”.    

İlkin
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!