Modern.az

Türkiyənin yeni nazirlərinin siyahısı

Türkiyənin yeni nazirlərinin siyahısı

26 Dekabr 2013, 09:30

Türkiyədə 17 dekabrda başlayan korrupsiya və rüşvət əməliyyatı AKP iqtidarını kəskin addımlara sövq edib.

Baş nazir R.T. Ərdoğan Kabinetdə radikal dəyişikliklərə gedib. 25 dekabr tarixində Türkiyənin prezidenti ilə görüşən Ərdoğan ona Kabinetdəki dəyişiklikləri təqdim edib. Daha sonra hökumətin yeni tərkibi açıqlanıb. Musavat.com-un Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, kabinetdə 10 dəyişiklik olub.

Yeni təyinatlar bunlardır:

Baş nazirin müavini - Emrullah İşler, 

 

Nəqliyyat, rabitə və dənizçilik naziri - Lütfü Elvan, 

 Ədliyyə naziri - Bəkir Bozdağ 

 Avropa Birliyi naziri - Mövlud Çavuşoğlu,

Elm, sənaye və texnologiya naziri - Fikri İşık, 

Ətraf mühit və şəhərsalma naziri - İdris Güllücə,

Ailə və sosial siyasət naziri - Ayşənur İslam, 

Daxili işlər naziri - Efkan Ala

İqtisadiyyat naziri - Nihat Zeybekçi  

 

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!