Modern.az

Büdcə müzakirələrində müəllimlərin maaş məsələsi QALDIRILDI

Büdcə müzakirələrində müəllimlərin maaş məsələsi QALDIRILDI

Təhsil

20 Noyabr 2024, 15:12

"Sertifikatlaşdırma prosesindən uğurla keçmiş 55 min müəllimin maaşı artırılıb. 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10 faiz, 17 mindən çox müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib".

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Nəticədə əməkhaqqına 10 faiz əlavə tətbiq edilmiş müəllimlər üzrə orta aylıq əməkhaqqı 980 manat, əməkhaqqına 35 faiz əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün 154,4 milyon proqnozlaşdırılıb", - deyə nazir bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum