Modern.az

Siyavuş Novruzov iranlı deputata cavab verdi: “Bu təxribatdır”

Siyavuş Novruzov iranlı deputata cavab verdi: “Bu təxribatdır”

Təhsil

26 Dekabr 2013, 14:19


“Gərmi sərhəd məntəqəsinin açılması Azərbaycan və İran arasında ikitərəfli razılıq əsasında həyata keçirilməlidir”. Bunu Modern.az-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov deyib. O, İran parlamentinin deputatı Mirqismət Musəvinin sözügedən sərhəd məntəqəsinin açılmaması ilə bağlı Azərbaycanı ittiham etməsinə münasibət bildirərkən qeyd edib ki, iranlı deputatın nə deməyindən asılı olmayaraq, hər iki dövlətin  qarşılıqlı razılığı əsasında qərarı olmalıdır.
“Dəfələrlə İran parlamentinin üzvləri qeyri-obyektiv, düzgün olmayan, Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndirib və onlara tutarlı cavablarını vermişik. Bu cür fikirlərin səsləndirilməsi təxribatdır. Təxribatla irəli getmək mümkün deyil. İranla Azərbaycan arasında məsafə ilə bağlı bəzi məsələlər öz həllini tapmayıb. Əsas orta xətt müəyyənləşməyib. Bununla əlaqədar danışıqlar getsə də, ümumi məxrəcə gəlinməyib”, – deyə S. Novruzov qeyd edib.

Qeyd edək ki, İran İslam Şura Məclisinin (parlament) deputatı M. Musəvi Ərdəbil vilayətindəki Gərmi sərhəd məntəqəsinin açılmamsının əsas səbəbini Azərbaycanın xarici siyasət kursu ilə əlaqələndirib.  

Aqşin Kərimov
 
Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!