Dekabrın 27-də gecə saatlarında naməlum şəxslər Çernoqoriyada nəşr olunan “Vijesti” qəzetinin ofisinə partlayıcı maddə atıblar. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, gecə olmasına baxmayaraq ofisdəki 15 əməkdaş qəzetin nömrəsini çapa hazırlayırmış. Amma xoşbəxtlikdən heç kəs xəsarət almayıb. Polis hadisə zamanı kameraya düşən şübhəlilərin axtarışına başlayıb. Məlumatda qeyd edilir ki, bu, həmin qəzetə qarşı birinci hücum deyil. Əvvəllər redaksiyaya daş atıblar, jurnalistlər fiziki hücuma məruz qalıblar. 2011-ci ildə “Vijesti”nin avtomobilinin yandırılması da qəzetin professional fəaliyyəti ilə əlaqələndirilir.
Modern.az