Modern.az

1 saylı Psixatriya Xəstəxanasından qaçanlarla bağlı yeni MƏLUMAT

1 saylı Psixatriya Xəstəxanasından qaçanlarla bağlı yeni MƏLUMAT

27 Dekabr 2013, 15:05


Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıdakı 1 saylı Respublika Psixatriya Xəstəxanasından qaçışla bağlı yeni məlumat yayıb.
Modern.az-a verilən məlumatda bildirilib, noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasında məcburi müalicədə olan Yusif Məhərrəmov, Tural Abbasov, Razim Hacıyev və Elvin Nəsrullayevin mühafizə altından qaçmaları faktına görə Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Elvin Nəsrullayev noyabrın 23-də saxlanılaraq 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilmiş və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.

Dekabrın 26-da axtarışda olan Razim Hacıyev də paytaxtın Xətai rayonunun Əbilov küçəsində yerləşən ünvansız evdə saxlanılmışdır. Baxış zamanı R.Hacıyev və  onun yanında olan Lerik rayon sakini Malik Əhmədovun üzərindən narkotik vasitə olan marixuana, evdən isə 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, içərisində 29 ədəd patonu olan 1 ədəd sandıqça,  1 ədəd  pnevmatik tapança və 1 ədəd süngü bıçaq  aşkar edilərək götülüb.

Hazırda mühafizə altından qaçmış digər şəxslərin yerinin müəyyən edilərək tutulmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!