Modern.az

50-dək QHT rəhbəri Prezident Administrasiyasının qarşısına toplaşdı

50-dək QHT rəhbəri Prezident Administrasiyasının qarşısına toplaşdı

27 Dekabr 2013, 15:40

Bu gün 50-dək QHT rəhbəri və vətəndaş cəmiyyəti fəalı Prezident Administrasiyasının qarşısına toplaşıb. Onlar QHT-lər haqqında qanuna ötən həftə edilən dəyişikliklərə etirazlarını bildiriblər.

Etirazçıların hazırladığı bəyanatda vətəndaş cəmiyyətinə təzyiqlərdən, qanunvericiliyə edilən məhdudlaşdırıcı dəyişikliklərdən narahatlıq ifadə olunub. Bəyanat müəllifləri Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların təsbit etdiyi hüquq və azadlıqların pozulmasına diqqət çəkiblər.

“Azadlıq” radiosunun məlumatına görə, hazırda etirazçılardan 5 nəfər Administrasiya binasına dəvət olunub. Hazırda görüş gedir.

Dekabrın 17-də parlament «QHT-lər» və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunlara  dəyişiklikləri qəbul edib imzalanması üçün prezidentə göndərdi. Bu dəyişikliklər ölkədə ifadə və birləşmə azadlığının daha da məhdudlaşdırılması kimi dəyərləndirilir. Belə ki, Ədliyyə Nazirliyinin QHT-yə verdiyi qeydiyyat sertifikatına 90 günlük limit qoyulur, məhkəmələrə yerli və xarici QHT-lərin fəaliyyətini bir illiyə qadağan etmək hüququ verir, qeydiyyat sənədlərinə tələb olunan dəyişiklikləri etməyənlərə cərimələr tətbiq olunur və s.

Bu ilin martında isə QHT-lər haqqında qanuna edilən dəyişikliklər donorlarla rəsmi qrant müqaviləsi imzalamayan QHT-lər üçün əlavə inzibati tələblər qoydu və qeydiyyatsız QHT-lərin maliyyə əldə etməsini də məhdudlaşdırdı.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!