Modern.az

AHİK özünü yandıran Qarabağ əlilinin ailəsini himayəyə götürdü - QƏRAR

AHİK özünü yandıran Qarabağ əlilinin ailəsini himayəyə götürdü - QƏRAR

27 Dekabr 2013, 16:08

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında qərar qəbul edib.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov Modern.az saytına bildirib ki,  Z. Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq AHİK-in icraiyyə Komitəsi qərara alıb ki, Z. Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülsün və övladların hər birinə  300  (üç yüz) manat məbləğində aylıq yardım verilsin. Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100000 (yüz min) manat məbləğində maddi yardım edilsin. Ona ölkə xaricində malicəyə ehtiyacı olarsa bütün xərclər AHİK-in hesabına ödənilsin.

Qərarda deyilir ki Z. Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaq.

Qeyd edək ki, bu gün Qarabağ qazilərinin nümayəndələrinin və H. Həsənovun AHİK-in sədri, millət vəkili S. Mehbalıyevlə görüşü olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?