Modern.az

Milli Konservatoriyanın yeni rektoru kollektivə təqdim olundu

Milli Konservatoriyanın yeni rektoru kollektivə təqdim olundu

Təhsil

28 Noyabr 2024, 17:50

Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə təyin edilən Kamilə Dadaş-zadə müəssisə kollektivinə təqdim olunub.

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təqdimatı elm və təhsil nazirinin müavini Firudin Qurbanov edib.

Nazir müavini milli musiqinin inkişaf tendensiyaları nəzərə alınmaqla qarşıda duran məqsəd və vəzifələri yeni rektorun və konservatoriyanın kollektivinin diqqətinə çatdırıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib, Kamilə Hüseyn qızı Dadaş-zadə bu vəzifəyə gətirilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu