Modern.az

Putinin Xodorkovski ilə əvəzlənməsi təklif olundu

Putinin Xodorkovski ilə əvəzlənməsi təklif olundu

27 Dekabr 2013, 17:29


“Russy Riot”un iştirakçısı Nadejda Tolokonnikova Vladimir Putini prezident postunda Mixail Xodorkovski ilə əvəzlənməsini təklif edib. Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, o təklifini mətbuat konfransında açıqlayıb: “Mən bu vəzifəyə Mixail Borisoviçi dəvət etməyi çox istərdim”.
Qrupun digər üzvü Mariya Alyoxina da onunla həmrəy olduğunu söyləyib. Tolokonnikova və Alyoxina əvvəllər Mixail Xodorkovski ilə məktublaşıblar. Prezident Vladimir Putinin sərəncamı ilə azadlığa buraxılan “YUKOS”un keçmiş rəhbəri qızlardan özlərində güc tapmağa çağırırmış.

Qeyd edək ki, Xodorkovski azadlığa çıxandan sonra hakimiyyət uğrunda mübarizə aparmayacağını bəyan edib. Bununla belə, ictimai fəaliyyətlə məşğul olacağını, “YUKOS”un keçmiş əməkdaşlarına yardım göstərəcəyini istisna etməyib.

Amnistiyaya düşən Tolokonnikova və Alyoxina həbsxanadan bu günlərdə çıxıblar. Onlar kilsədə Rusiya prezidenti Putini təhqir etməkdə ittiham olunaraq həbsə məhkum edilmişdilər.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!