Modern.az

“Vətəndaşlara 600 milyon manat əmanət qaytarılıb” - Komissiyanın HESABATI

“Vətəndaşlara 600 milyon manat əmanət qaytarılıb” - Komissiyanın HESABATI

27 Dekabr 2013, 17:34

Sovet dönəmindən qalan əmanətlərin qaytarılması bu il başa çatır. Modern.az xəbər verir ki, ötən dövr ərzində Azərbaycan Respublikası vətəndaşlarının müraciətləri əsasında 1 milyon 622 min 345 əmanət hesabı üzrə 597.320.420,74 manat məbləğində vəsait ödənilib.

Bu gün keçirilən tədbirdə Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Komissiyanın sədri Rasim Vəliyev belə deyib. O bildirib ki, bu günə qədər 1387 nəfər hələ də əmanətini almaq üçün müraciət etməyiblər. “Prezidentin 14 mart 2012-ci il tarixli 602 nömrəli fərmanına əsasən, 2013-ci il iyunun 1-dən etibarən başlanılmış keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının vətəndaşlarımıza olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi 2013-cü il 31 dekabr tarixində başa çatır. Prezident fərmanının icrası olaraq Nazirlər Kabinetinin 30 mart 2012-ci il tarixli 72 nömrəli qərarı ilə əmanətçilərə fərdi birdəfəlik ödəmələrin veriləsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Maliyyə Nazirliyinin nəzdində Xüsusi Komissiya yaradılıb. Komissiyanın 106 iclası keçirilərək, fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. 108 min 176 əmanət hesabına münasibətdə itirilmiş və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçasını əvəz edən sənəd verilib və birdəfəlik ödəmələr həmin qərarlara əsasən həyata keçirilib. Eyni zamanda Xüsusi Komissiyaya daxil olmuş 5 minə yaxın ərizə , 1200-ə yaxın elektron müraciət, Komissiyanın “ Qaynar xətt ”inə daxil olmuş 30 mindən artıq müraciət operativ şəkildə araşdırılaraq, cavablandırılıb.

Komissiya sədri onu da qeyd edib ki, ayın sonuna kimi həmin vətəndaşlar öz əmanətlərini ala bilərlər. “2014-cü ildən sovet əmanətlərinin verilməsi dayandırılacaq. Onlara bir daha belə güzəşt edilməyəcək. “Kapital Bank”a müraciət edənlər çox olub. Onlardan 108176 nəfərin ərizəsi qəbul olunub, 1400 nəfərin ərizəsi isə imtina olunub”.

Ulduz İbrahimova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!