Modern.az

“Hamı üçün təhsil” kampaniyası keçirilir

 “Hamı üçün təhsil” kampaniyası keçirilir

27 Dekabr 2013, 18:13

Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) tərəfindən “Hamı üçün təhsil” kampaniyası keçirilir. Modern.az xəbər verir ki, kampaniyanın əsas məqsədi ictimaiyyətin diqqətini təhsil məsələsinə yönəltməklə müxtəlif səbəblərdən təhsildən kənarda qalmış uşaqların təhsilə cəlb olunmasını təmin etməkdən ibarətdir. Kampaniyanın baş sponsoru “Synergy Group”dur. Avropa Birliyinin maliyyə dəstəyi ilə artıq 2 ildir ki, UAFA Sumqayıt, Siyəzən, Biləsuvar və Lənkəranda Özünə Dəstək Qrupları vasitəsilə məktəbəqədər təhsil layihəsini uğurla həyata keçirir. Qurum bu layihənin davamı kimi məktəbəqədər təhsildən təcrid olunmuş uşaqların təhsilə cəlb edilməsi işini davam etdirmək niyyətindədir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin də dəstək göstərdiyi kampaniyaya 28 dekabr 2013-cü il tarixində “28 Mall” Ticarət Mərkəzində təşkil olunacaq tədbirdə yekun vurulacaq. Kampaniya barədə ətraflı məlumat UAFA-nın veb səhifəsində (//uafa.az) və facebook səhifəsində (//fb.com/uafa.az) yerləşdirilib.

Kampaniyaya qoşulmaqla uşaqların təhsilinə dəstək vermək istəyən şəxslər //uafa.az///youtu.be/fbu4UC6KZS0 veb səhifələrindən ətraflı məlumat ala bilərlər.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!