Modern.az

Azərbaycanda diş həkiminin külli miqdarda pulunu aparan şəxs tutulub

Azərbaycanda diş həkiminin külli miqdarda pulunu aparan şəxs tutulub

27 Dekabr 2013, 23:47

Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Ramil Əliyev tutulub.

DİN-in məlumatına görə, R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olan Vasif  Qarayev, habelə Murad və Şahmurad adlı şəxslərlə birgə dekabrın 6-da Zaqatala rayonunun Danaçı kənd sakini Qurban Qurqunayevin evinə girib onu və ailə üzvlərini döyərək bıçaq və tapança ilə hədələyərək, oradan 700.000 rubl (21.200 dollar), 3.000 dollar və 50.000 manat pul aparmaları da müəyyən edilib.
Qeyd edək ki, pulları oğurlanan Qurban Qurqunayev Zaqatalada tanınmış diş həkimidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!