Modern.az

Milli Məclisdə Korrupsiya Əleyhinə Qlobal Təşkilatın Azərbaycan bölməsi təsis olunub

Milli Məclisdə Korrupsiya Əleyhinə Qlobal Təşkilatın Azərbaycan bölməsi təsis olunub

28 Dekabr 2013, 12:32

Milli Məclisdə Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının (GOPAC) Azərbaycan bölməsi təsis olunub. Bu barədə rəsmi məlumat təşkilatın saytında yerləşdirlib. 

Azərbaycan parlamentində  yaradılmış GOPAC-ın yeni bölməsi 12 noyabr 2013-cü ildə Milli Məclisin 20 deputatının iştirakı ilə təsis olunub. Milli Məclisdə keçirilən açılış mərasimində təşklatın Azərbaycan bölməsinin həmsədri seçilib. GOPAC-ın Azərbaycan bölməsinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri Əli Hüseynli rəhbərlik edəcək. Milli Məclisin deputatı Fuad Muradov yeni qurumun sədr müavini  seçilib.

Xatırladaq ki, 2003-cü ildə Meksikada yaradılmış bu beynəlxalq qurumun əsas məqsədi BMT-nin korrupsiya əleyhinə olan Konvensiyalarının həyata keçirilməsinə yarımçı olmaq və bu yöndə ölkə parlamentlərinin rolunu artırmaqdır. 

GOPAC-ın əsas şöbəsi Ottavada yerləşir. Beynəlxaq Təşkilatın Afrikada, Cənub-Şərqi Asiyada, Mərkəzi Amerikada nümayəndəlikləri mövcuddur.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!