Modern.az

Laçın polkunun komandiri Arif Paşa Azərbaycanı həmişələlik tərk edib

Laçın polkunun komandiri Arif Paşa Azərbaycanı həmişələlik tərk edib

Təhsil

29 Dekabr 2013, 15:28

Laçın batalyonun keçmiş komandiri Arif Paşa sosial problemlər üzündən Azərbaycanı həmişəlik tərk edib. Bu barədə Modern.az-a keçmiş döyüşçünün özü bildirib. Onun sözlərinə görə, Rusiya şəhərlərindən birinə köçüb. Bakıda müəyyən işləri ilə bağlı gəldiyini deyən A.Paşa Qarabağ veteranı Zaur Həsənovun dəfn mərasiminə qatılıb. Arif Paşa 1990-92-ci illərdə Laçın özünümüdafiə batalyonun komandiri olub.

Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuş A.Paşa sonralar Əbülfəz Elçibəy AXCP sədri olanda onun müavini postunu tutub. 2000-ci ildəki parçalanmadan sonra A.Paşa “islahatçıların” lideri Əli Kərimli ilə olduğunu bəyan edib. 2002-ci ildə isə Qüdrət Həsənquliyevin "birləşmiş cəbhəsi"nə qoşulduğunu elan edib. Sonralar BAXCP-dən gedən A.Paşa Ədalət Partiyasına keçib. Daha sonra aktiv siyasəti tərk edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır