Modern.az

Millət vəkili Yeni ili əsgərlərlə qarşılayıb - FOTOLAR

Millət vəkili Yeni ili əsgərlərlə qarşılayıb - FOTOLAR

1 Yanvar 2014, 15:04

Milli Məclisin üzvü Qənirə Paşayeva Yeni ili cəbhə xəttində yerləşən hərbi hissənin əsgərlərilə qarşılayıb. Modern.az-ın məlumatına görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonu Mədəniyyət evində Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri üçün bayram tədbiri və konsert keçirilib.
Əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva  onları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. 
“Hər bir azərbaycanlının  ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerin ə yetirməliyik.  Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham  Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğald an azad edəcəyik"-deyə Q.Paşayeva bildirib.
Tədbirin sonunda Azərbaycanın əməkdar artisti Elza Seyidcahan və Tovuz rayonunun sənətçiləri, uşaq və gənclərdən ibarət musiqi qruplarının iştirakı ilə möhtəşəm konsert keçirilib.












Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!