Modern.az

Gələn il 123 məktəb təmir ediləcək - RƏSMİ

Gələn il 123 məktəb təmir ediləcək - RƏSMİ

Təhsil

16 Dekabr 2024, 12:10

Ümumtəhsil məktəblərinin vəziyyəti ilə bağlı qeyd etmək istərdim ki, hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var. Bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir.

Modern.az xəbər verir ki,  bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn ildə aparılması nəzərdə tutulub. 

Bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?