Modern.az

Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin TƏLƏBƏSİDİR

Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin TƏLƏBƏSİDİR

Təhsil

25 Dekabr 2024, 23:36

Təyyarə qəzasında həlak olan Bakı Avrasiya Universitetinin tələbəsi Mahmud Tutunçiyevin fotosu yayılıb.

 

Modern.az həmin fotonu təqdim edir:

***

19:24

Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanlardan biri Sumqayıt sakini 20 yaşlı Mahmud Tutunçiyevdir. 

 

Modern.az APA TV-yə istinadən xəbər verir ki, bu barədə onun dostu Pərvin Aslanlı danışıb.

 

O bildirib ki, Mahmud Çeçenistana istirahət məqsədilə gedibmiş:

 

"Səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Milli Aviasiya Akademiyasında təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi. Hələ ki xəbər ala bilməmişik. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndim. Ailəsi ilə əlaqə saxlaya bilməmişəm". 

Sizə yeni x var
Keçid et
Şok açıqlama - Bakıdakı rus evi bərpa ediləcək