Modern.az

Xızıda direktorun meyiti işlədiyi məktəbdən TAPILDI - FOTO

Xızıda direktorun meyiti işlədiyi məktəbdən TAPILDI - FOTO

29 Dekabr 2024, 12:05

29 dekabr 2024-cü il tarixində, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

“Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.  
Təhsil müəssisəsinin direktoru Fazil Məmmədovun vəfatı ilə  bağlı ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - açıqlamada qeyd olunur.

1407246

***

11:54

Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Xızı rayonunun mərkəzi məktəbində qeydə alınıb.

1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun axşam yaşadığı ünvandan idman etmək məqsədi ilə çıxdığı, lakin bu gün səhər saatlarında direktor işlədiyi məktəbdə meyitinin tapıldığı bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu