Modern.az

Məktəblərdə 5 gün dərs olmayacaq

Məktəblərdə 5 gün dərs olmayacaq

6 Yanvar 2025, 11:35

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayacaq.
Modern.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək.

Bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib.

Tətildən sonrakı ilk dərs günü 1 fevral 2025-cü il tarixidir.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Sizə yeni x var
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ